TƏBİƏTİ QORUMAĞA HƏMİŞƏ HAZIR OL!

Qalereya

Eko-skaut

Adı/soyadı: Nəzrin Şıxbalayeva
Statusu: Gənc ekoloq
Ümumi topladığı bal: 245
Kluba üzv olma tarixi: 2018-01-25
Yaşı: 11
Məşğuliyyəti: 270 nömrəli məktəb
Gördüyü işlərlə bağlı qeydlər: Mən Nəzrin Şıxbalayeva, əsl təbiətsevərəm. Bunu tezliklə sübut edəcəyəm. Tullantıdan sənətə.......Mən təbiətsevər və gənc ekoskautçu Nəzrin Şixbalayeva, Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qaranzadə adına 270 saylı tam orta məktəbin 5ə sinif şagirdiyəm. Mən kağız tullantılarının boş yerə istifadə edilməməsi üçün səmərəli iş gördüm. Yəni kağız tullantılarından belə bir təmiz, ekoloji Əl Paketi hazırladım. Bu mənə ilk öncə çətin gəlsə də, sonda şox maraqlı alındı. Mən bu sahədə işlərimi davam etdirəcəm və hamıya da məsləhət görürəm. (50 bal).Ağaclara qulluq.......Mən həyətyanı sahəmizdəki alma ağacına bacardığım qədər həmişə qulluq edirəm. Bunu, mən həm alma meyvəsini xoşladığım üçün, həm də çox çox xeyirli meyvə olduğu üçün edirəm. Ona qurumaması üçün su verdim. Hal-hazırda qış fəsli olmasına baxmayaraq, ağacların və bitkilərin də canlılar kimi qidalanmağa ehtiyacları vardır. Ümumiyyətlə, hansı fəsil olmasına baxmayaraq, bizlər ağaclara daima qulluq etməliyik. (10 bal).Ev bitkilərinə qulluq.......Mən bacımla bərabər evimizdəki dibçək bitkilərinə qulluq etdik. Mən bu işdən zövq alıram. Belə ki, onların vaxtaşırı sulanması, mövsümə uyğun dəyişdirilməsi, diblərinin boşaldılması kimi qaydalara riayət etmək lazımdır. Bu qaydalardan biri də bitkilərin yarpaqlarının zədələnmədən təmizlənməsidir. Ümumiyyətlə, dibçəklərin yarpaqlarının təmizlənməsi onların sağlam inkişafına və xoş görünüşünə komək edir. (10 bal). Dəniz sahilində iməclik.......Hamımız bilirik ki, dəniz sahili – kənarı insanların dincəldiyi təbiət güşələrindən biridir. Amma elə olur ki, insanlar orada istirahət edərkən dəniz kənarını müxtəlif tullantılarla zibilləyirlər, anlamırlar ki belə olmaz. Bunun üçün də insanlar dəniz kənarında olarkən oranın mühitini və təbiiliyini dəyişməməli, olduğu kim saxlamalıdırlar. Dəniz sahilinin tullantılarla çirkli olmasını və belə halı mən bəyənmədiyim üçün bacımla bərabər sahildə müxtəlif tullantılarla çirklənmiş balaca bir ərazini təmizlənməsi üçün iməclik keçirtdik. Bununla biz az da olsa təbiəti əvvəlki vəziyyətinə qaytardıq. Bunu hamı etməlidir. (20 bal). Sahibsiz heyvanlara qulluq........Sahibsiz heyvanları heç də sahibsiz saymamalıyıq. Əksinə, onlara qayğı göstərməliyik. Mən də yaşadığımız ərazidəki iti yemək və su ilə qidalandırdım. Bu davamlı olmalıdır. Axı onlar da canlıdır. (10 bal).Kağızların yğılması........Bizim istifadədən çıxartdığımız müxtəlif əşyaları tullantı deyib atmağa tələsirik. Amma bir az düşünsək biz onlardan yararlana bilərik və ətrafımıza da səmərəmiz dəyər. Mən də evimizdəki tullantı kağızlarını yığıb qəbul məntəqəsinətəhvil verəcəm. Belə etsək kağızların əziyyətlə hazırlanması üçün kəsilən ağacların sayı azalar. Nəticədə ətrafımız yaşıllıqla çox olar. Bunun üçün də diqqətli olaq.(25 bal).Məktəbdə ətraf mühitlə bağlı təqdimat...... Mən təhsil aldığım E.Qaranzadə adına 270 saylı tam orta məktəbin sinif otağımızda İDEA, Ekoloji laboratoriyalar, Ekoskaut və ətraf mühitlə əlaqəli gördüyüm işlər haqqında təqdimatla çıxış etdim. İDEA-nın Ekoskaut layihəsi sinifimizim şagirdləri arasında böyük marağa səbəb oldu. Onlar diqqətlə təqdimata baxdılar. Orada müxtəlif fikirlər aparıldı. Mən hiss etdim ki, təbiətə və ətraf mühitə maraqı olan bu sinif yoldaşlarım da Ekoskauta qoşulmaq istəyirlər. Sinif yoldaşlarımda belə xoş təssüratların yaranması xoş haldır. Ona görə də biz azyaşlılar bu istiqamətdə daha da aktiv olmalıyıq. (50 bal). Ev dibçəklərinə qulluq. Artıq bildiyimiz kimi mart ayı daxil olub və yaz fəsli yaxınlaşır. Demək canlanma başlayır. Bunu təbiət bizə deyir. Bunun üçün də Bizlər təbiətə qarşı daim və hər zaman diqqətli olmalıyıq. Bu ənənəni nəzərə alaraq, Mən evimizdə yenə də həmişə ki kimi dübçəklərə qulluqa başladım. Və bir neçə dibçəyin yerini dəyişməklə qulluq etdim. Bunu hamımız etməliyik (15 bal)Ağaclara qulluq. Yazın gəlişini nəzərə alaraq orta təhsil aldığım 270 saylı orta məktəbin həyətyanı sahəsində sinif yoldaşlarımız, məktəbin müəllim heyəti və valideynlərlə birlikdə çoxlu sayda müxtəlif meyvə aqacları əkdik. Bunu etməkdə məqsəd təbiəti daha da yaşatmaq və rahat nəfəs almaqdır. Hansı fəsil olmasına baxmayaraq, bizlər ağaclara daima qulluq etməliyik (25 bal).Məktəbdə - sinif otağında dibçəklər qulluq. Təhsil aldığım E.Qaranzadə adına 270 saylı tam orta məktəbin həyətyanı sahəsində aqaclara qulluqdan sonra sinif otağımızda da sinifimizim şagirdləri və sinif rəhbərimizlə birgə dibçəklərə qulluq etdik. Hamı yaxından iştirak etdi və həqiqətən də insan bir balaca əziyyət çəkərsə bunun faydasını görür. Bu minvalla biz işlərimizi təbiətə qarşı davam etdirəcik. (30 bal) Hamıya uğurlar..... Led Lampalardan istifadə edilməsi..........Biz artıq evimizdə işıqlandırma üçün Led Lampalardan istifadə edirik. Mən əvvəllər bilmirdim ki, bu led lampaların digər lampalara nisbətən ətraf mühitə, insan sağlamlığına ziyanı çox deyil. Mən bu barədə həmişə maraqlanırdım. Və axtarışlarımdan belə bir nəticəyə gədim ki, led lampalardan istifadə etməklə hamımız çalışmalıyıq ki ətarf mühitə ziyan vurmayaq. Axı hamımız təbiəti qoruyanlardan olmalıyıq, Bu led lampalardan istifadəni hamıya məsləhət görərdim.(25 bal).