TƏBİƏTİ QORUMAĞA HƏMİŞƏ HAZIR OL!

IDEA eko-skaut klubu haqqında

IDEA eko-skautları - təbiəti qoruyan, ekoloji cəhətdən davamlı cəmiyyətin inkişafı və gənc nəsillər arasında ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşdırılması vəzifəsini icra edən skautlardır.

Ətraf mühitin qorunmasında fəal iştirak etmək, təbiətə qarşı qayğıkeş münasibəti formalaşdırmaq, ekoloji problemlərin həlli yollarını axtarmaq, gəncləri təbiətin qorunması ilə bağlı fəaliyyətə cəlb etmək IDEA eko-skaut klubunun əsas məqsədi hesab olunur.

IDEA eko-skaut klubu gənclərə planetimizə təhlükə yaradan ekoloji problemləri dərk etmək və öyrənmək, bu problemlərin həllinə öz dostları və valideynlərini cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanları yaradır.